Fransalı nazirdən quş qripi ilə bağlı xəbərdarlıq

07:00 06-11-2021 403

Fransanın kənd təsərrüfatı və ərzaq naziri Julyen Denormandi Avropa ölkələrində quş qripinin sürətlə yayılması ilə əlaqədar ölkə əhalisinə xəbərdarlıq edib.

“Avropada quş qripi epidemiyasının yayılması bizə təhlükəsizlik səviyyəsini yüksəltməyə və sənayemizin qorunmasını təmin etmək üçün lazımi tədbirlər görməyə məcbur edir”, - deyə Fransa rəsmisi bildirib.

Nazir vurğulayıb ki, yoluxma riski artdığından quşlar qapalı yerlərdə və ya qəfəslərdə saxlanılmalıdır.

Julyen Denormandi əlavə edib ki, bu tədbirlər bütün təsərrüfatlarda quşların vəziyyətinin gündəlik monitorinqi ilə müşayiət olunmalıdır.

Mənbə: TASS