ABBA 40 ildən sonra yeni albom buraxıb

08:40 06-11-2021 410

İsveçin əfsanəvi ABBA qrupu 40 ildən sonra yeni albom buraxıb.

Məlumat qrupun rəsmi internet səhifəsində dərc edilib.

Qeyd olunur ki, yeni albom “Voyage” adlanır.

Albom artıq internetdə, həmçinin CD və audiokassetlərdə dinləmək üçün əlçatandır.

Qeyd edək ki, ABBA 1972-ci ildə yaradılıb.

1974-cü ildə “Waterloo” adlı mahnıları “Avroviziya” müsabiqəsində birinci yeri tutduqdan sonra qrup daha da məşhurlaşmağa başlayıb.

Bu günə qədər dünya üzrə qrupun 350 milyon albomu satılıb.

Mənbə: Abbasite.com