Azərbaycanlı güləşçi Ukraynada salyutla qarşılandı - VİDEO
14:00 09-11-2021 845
Xəbər verdiyimiz kimi, Ukraynanın sərbəst güləş üzrə yığmasının 86 kq çəki dərəcəsində yarışan Azərbaycan əsilli idmançısı Məhəmməd Əliyev 23 yaşadək idmançılar arasında dünya çempionu olub.
HerGun.Az-ın xəbərinə görə, U-23-lər arasında Ukraynanın güləş tarixinə ilk dünya çempionu kimi düşən Məhəmməd yaşadığı Xarkov şəhərinə gələndə sürprizlə qarşılaşıb.
Onu azərbaycanlı, ukraynalı, dağıstanlı, rus dostları saat 02:00 radələrində şəhərin Azadlıq Meydanında fişəng və salyutla qarşılayıb. Daha sonra dostları onu atıb tutublar.
Qeyd edək ki, Məhəmməd Əliyev Gürcüstanda azərbaycanlı ailəsində doğulub.
Səbuhi Musayev