Məşhur aktyorun yeni işi təəccüb yaratdı
18:00 09-11-2021 760
Türkiyəli məşhur aktyor Seçkin Özdemir özünə yeni peşə seçib.
Bir müddətdir ekranlardan uzaq olan aktyor pilot olduğunu bildirib.
O qeyd edib ki, təlim keçib və artıq uçuşları sərbəst icra edə bilir: “Həddindən artıq zövq alıram”.
Qeyd edək ki, 40 yaşlı aktyor “Günahkar”, “Tehlikeli Karım”, “Sevgili Geçmiş” və “Muhteşem Yüzyıl” kimi seriallarda rol alıb.
Mənbə: Milliyet