“Pfizer”in rəhbəri: “COVID-ə qarşı hər il təkrar vaksinasiya olacaq”

01:20 10-11-2021 335

Koronavirusa qarşı peyvəndin gücləndirici dozası, böyük ehtimalla hər il vurulacaq.

Bunu “Pfizer” şirkətinin baş direktoru Albert Burla bəyan edib.

O, üçüncü dozanın COVID-ə qarşı olduqca güclü təsir göstərdiyini, lakin bu təsirin maksimum bir il olduğunu açıqlayıb.

“Biz gözləməli və müşahidə etməliyik. Lakin böyük ehtimalla ən real ssenari hər il təkrar vaksinasiyadır”, - deyə Burla qeyd edib.

Mənbə: TASS