Bakıda gənc oğlan bıçaqlanıb

02:20 10-11-2021 352

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Sahil qəsəbəsində 1994-cü il təvəllüdlü Məmmədov Elxan Nəsrəddin oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.