Rusiyada “Omikron” ştammını müəyyən edən COVID-test hazırlandı
05:00 01-12-2021 581
Rusiyanın Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutu koronavirusun yeni ştammı “omikron”un aşkarlanması üçün xüsusi test hazırlayıb.
Bunu COVID-la mübarizə üzrə əlaqələndirmə şurasının rəyasət heyətinin iclasında qurumun sədri Anna Popova bildirib.
O, qeyd edib ki, yeni test üsulu nəinki bu və ya digər şəxsin COVID-19-a yoluxmasını aşkar etməyə, həm də virusun məhz “omikron” ştammına aid olmasını müəyyənləşdirməyə imkan verir.
Mənbə: “RİA Novosti”