Parisdə prezidentliyə namizəd jurnalistə qarşı etiraz aksiyası keçirilib

05:00 06-12-2021 39

Fransa polisi Parisdə ölkə prezidentliyinə namizəd olan jurnalist Erik Zemmura qarşı etiraz aksiyası keçirən 48 nəfəri saxlayıb.

Bu barədə şəhər prefekturasından məlumat verilib.

Nümayişçilərin saxlanması ilə yanaşı, daha 46 nəfərə təhlükəsizlik qaydalarını pozduqlarına görə cərimə kəsilib.

Qeyd edək ki, radikal sağçı jurnalist Erik Zemmur bir neçə gün öncə Fransa prezidentliyinə müstəqil namizəd kimi seçkilərdə iştirak etmək niyyətində olduğunu açıqlayıb. O, çıxışında ölkəyə miqrant axınını məhdudlaşdırmaq və “Fransanı fransızlara qaytarmaq” niyyətini bəyan edib. Zemmur ölkəni yenidən sənayeləşdirməyə və işsizliyi azaltmağa söz verib.

Xatırladaq ki, Fransada seçkilər iki turda 10 və 24 aprel 2022-ci il tarixlərində keçiriləcək.

Mənbə: TASS