Xərçəng riskini artıran hallar məlum oldu

07:00 06-12-2021 43

Əsəbilik, natamam yuxu rejimi və qida vərdişləri xərçəng riskini artırır.

Çinli mütəxəssislərin fikrincə, xərçəngin səbəblərindən biri insanların gec yatmasıdır. Onların sözlərinə görə, düzgün yuxu rejiminə əməl edənlərə nisbətən, adətən yuxudan gec oyananların bu qorxunc xəstəliyə tutulma ehtimalı daha yüksəkdir.

Həyatın müasir tempi də tez-tez stresli vəziyyətlər səbəbindən sinir sisteminə mənfi təsir göstərir. Əsəbilik və depressiya isə xərçəng riskini artırır.

Bundan əlavə, yarımçıq qalmış yeməklərin sonradan yeyilməsi də orqanizmə zərər verə bilər. Ekspertlərin fikrincə, boyat yeməklərdə nitritlər yığılmağa başlayır ki, bu da onkoloji xəstəliklərin inkişafına səbəb olur.

Mənbə: “RİA Novosti”