Ağakərim Səmədzadə: “Dövlət qurumları elektron notariat sistemlərinə inteqrasiyaya çalışırlar” - FOTO

16:00 08-12-2021 399

“Son dövrlər ölkədə rəqəmsal hökumətə keçid həyata keçirilir və ədliyyə sahəsi də bu prosesdən geridə qalmır”.

HerGun.Az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

O bildirib ki, 20-dən çox dövlət qurumu fəaliyyətləri çərçivəsində elektron notariat sistemlərinə inteqrasiyaya çalışırlar:

“Bu gün 24 orqanın 40-dan çox informasiya resursu nazirliyin elektron rəqəmsal sistemləri ilə inteqrasiya edir. Ay ərzində 5 milyona yaxın notarial sorğu qəbul edilir. Onu da qeyd edim ki, inteqrasiyaların böyük əksəriyyəti “Elektron hökumət” və “ASSN Bridge” platformaları üzərindən təmin edilib”.

Könül Cəfərli
FOTO: Rəşad Mehdiyev