Zaxarova: “XI Rusiya-Azərbaycan regionlararası forumu Bakıda keçiriləcək”

19:00 09-12-2021 403

XI Rusiya-Azərbaycan regionlararası forumu 2022-ci ildə Bakıda keçiriləcək.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

Tədbir nazirliyin sosial şəbəkə səhifəsindən canlı olaraq yayımlanıb.

Zaxarova Rusiyanın Azərbaycanla regionlararası əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb.

Onun sözlərinə görə, hazırda ölkəsinin 73 subyekti Azərbaycanla ticari-iqtisadi əməkdaşlığı dəstəkləyir ki, onlardan 18-i Azərbaycanla ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq barədə sazişlərə malikdir.