Dövlət və hökumət rəsmiləri Heydər Əliyevin anım mərasimində - FOTOREPORTAJ

14:00 12-12-2021 368

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür.

Gün başlayandan etibarən Ulu Öndərin xatirəsini yad etmək üçün minlərlə insan Fəxri Xiyabanda onun məzarını ziyarət edib.

Əvvəlcə ölkə başçısı, Prezident İlham Əliyev ailəsi ilə birlikdə Ümumilli liderin məzarını ziyarət edib, ora əklil qoyub.

Daha sonra isə ölkə vətəndaşları, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçıları, dövlət və hökumət rəsmiləri Fəxri Xiyabana yollanaraq Heydər Əliyevin məzarını ziyarət ediblər, ora tər gül dəstələri düzüblər.

HerGun.Az fəxri xiyabandan fotoreportajı təqdim edir: