Sinqapur hava limanında konteynerdən iki şir qaçıb

01:00 13-12-2021 423

Sinqapurun Çanqi hava limanında konteyner-qəfəsdən iki şir qaçıb.

Yırtıcıları daşıyan təyyarənin hansı ölkədən gəldiyi və hara getdiyi açıqlanmayıb.

Qaçaq şirlərdən biri konteynerin damında uzanıb.

İnsident Sinqapur zooparklarına rəhbərlik edən “Mandai Wildlife Group” əməkdaşlarının hava limanına gəlişindən sonra həll olunub.

Onlar şirləri sakitləşdirici iynələrlə hərəkətsizləşdirib və karantin obyektinə aparmağa nail olublar.

Mənbə: lenta.ru