İspaniyada atışma: Yaralananlar var

21:00 14-12-2021 766

İspaniyanın Tarraqona şəhərində atışma baş verib.

Məlumata görə, təhlükəsizlik şirkətinin keçmiş əməkdaşı olduğu güman edilən bir şəxs şirkətin Tarraqonadakı ofisinə gələrək bir neçə dəfə atəş açıb.

İnsident nəticəsində üç nəfər yaralanıb ki, onlardan birinin vəziyyəti kritik, iki nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Daha sonra naməlum şəxs hadisə yerindən qaçıb. Yolda cinayətkarı saxlamağa cəhd edərkən daha bir polis əməkdaşı yaralanıb.

Sonda cinayətkar Riudomsda ələ keçib. Əməliyyat zamanı onun ayağından yaralandığı bildirilib.

İlkin məlumata görə, silahlı şəxs psixi problemlərdən əziyyət çəkir.

Mənbə: “RİA Novosti”