Norveçdə bar və restoranlarda spirtli içki satışına qadağa qoyuldu

06:00 15-12-2021 380

Koronavirusa yoluxma hallarının sürətlə artdığı Norveçdə “Omikron” variantının yayılmasının qarşısını almaq üçün bar və restoranlarda spirtli içkilərin satışı qadağan edilib.

Norveçlilər mümkün qədər evdən işləməyə çağırılıb.

“Norveçdə yoluxma nisbətləri kəskin şəkildə artır. İndi “Omikron” variantı var və onun nə qədər tez yayıla biləcəyi ilə bağlı yeni məlumatlar əldə etmişik. Vəziyyətimiz çox ciddidir. Epidemiyaya nəzarəti təmin etmək üçün daha sərt tədbirlər görülüb”, - deyə ölkənin Baş nazir Conas Qahr Stor deyib.

Norveçdə COVID-19-a yoluxmalar oktyabr ayından kəskin şəkildə artıb, pandemiyanın başlanğıcından ən yüksək gündəlik rəqəmlər qeydə alınıb.

Mənbə: TRT Haber