Mbappe: “Həyat təcrübəsi puldan daha vacibdir”

02:00 17-12-2021 349

PSJ-nin hücumçusu Kilian Mbappe qazandığı pula münasibətindən danışıb.

“Həyat təcrübəsi qazanılan puldan daha vacibdir, baxmayaraq ki, pul da vacibdir, çünki qayğısına qalmalı olduğumuz ailəmiz var. İlk növbədə kəşf etmək, səyahət etmək, başqa oyunçularla, fərqli mədəniyyətlərlə tanış olmaq istəyirəm”, - deyə 22 yaşlı futbolçu bildirib.

Fransa millisinin üzvü qeyd edib ki, karyerasına başlayanda artıq ulduz olmaq hissi ilə yaşamaq doğru olmazdı:

“Yaxşı ki, valideynlərim qazandığım məbləği mənə demədilər. Onlar haqlı idilər. Axı 14 yaşlı uşağın qiymətinin milyonlarla dollar dəyərində olduğunu bilməsindən sonra onu necə tərbiyə etmək olar?”.

Mənbə: “Paris Match”