Avropa Parlamenti sirklərdə heyvanlardan istifadəni qadağan etməyə çağırır

04:00 17-12-2021 361

Avropa Parlamentinin deputatları sirk şoularında heyvanlardan istifadəni qadağan etməyi Avropa İttifaqından xahiş ediblər.

Millət vəkilləri İttifaqın icra orqanı olan Komissiyadan vəhşi təbiətin qeyri-qanuni ticarəti və əhalinin sağlamlığına və təhlükəsizliyinə təhdidlərə qarşı mübarizə cəhdinin bir hissəsi kimi belə bir qadağanın gündəliyə salınmasını istəyiblər.

Bir müddətdir ki, Avropada qeyri-hökumət təşkilatları bu istiqamətdə çağırışlar edir, kampaniyalar aparırlar. Nəhayət, bəzi üzv dövlətlər, Fransanın keçən ay tərbiq etdiyi kimi, milli qadağalar tətbiq edib.

Mənbə: Anadolu agentliyi