Assanjın həbsxanada baş tutacaq nikahının tarixi barədə açıqlama verilib

05:00 17-12-2021 377

“WikiLeaks”in qurucusu Culian Assanj və onun nişanlısı Stella Morris 2022-ci ilin əvvəlindən tez evlənməyi planlaşdırmır. Bu barədə Morrisin özü bildirib.

Məlumata görə, qadın həbsxana ilə mütəmadi əlaqə saxlayır və mümkün qonaqların sayını müzakirə edir.

Qeyd edək ki, noyabrın sonlarında Morris evlilik üçün rəsmi müraciət etdiklərini açıqlayıb. Böyük Britaniyanın Dövlət Penitensiar Xidməti bəylə gəlinin həbsxanada nikaha daxil olmaq istəyini təsdiqləyib.

Xatırladaq ki, İngiltərə məhkəməsi Assancın ABŞ-a ekstradisiyasına icazə vermişdi. Bundan sonra keçmiş MKİ zabiti Edvard Snouden “WikiLeaks”in yaradıcısını siyasi məhbus adlandırıb.

Mənbə: Evening Standard