Tarixin zibilliyinə göndərilən separatçı rejimin “naziri” Rusiyada həbs edildi - VİDEO

18:00 17-12-2021 370

2020-ci ilin noyabr ayına qədər Qarabağda mövcud olmuş qondarma rejimin keçmiş “fövqəladə hallar naziri” Boris Avaqyan Rusiyada həbs edilib.

47 yaşlı separatçı Rusiyanın Sankt-Peterburq şəhərində saxlanılıb.

Əməliyyatı Rusiyanın Federal Təhlükəsizlik Xidməti aparıb.

B.Avaqyan qaçaqmalçılıq və sərhədi qeyri-qanuni keçməkdə ittiham edilir.

B.Avaqyan uzun müddət Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Mənbə: 47news