Ermənistan parlamentində növbəti qalmaqal: Stullar yoxa çıxdı

23:00 17-12-2021 370

Ermənistan parlamentində növbəti qalmaqal yaşanıb.

Ölkə parlamentinin binasında jurnalistlər üçün nəzərdə tutulan stullar “yoxa çıxıb”.

Stulların “yoxa çıxması”nın səbəbini isə yerli jurnalistlər spiker Alen Simonyanın göstərişi ilə əlaqələndiriblər. Belə ki, Ermənistan parlamentinin spikeri jurnalistlərin onu görəndə ayağa qalxmamasından narazı qaldığı üçün stulları yığışdırmağa qərar verib.

Mənbə: news.am