Britaniyada son iki ilin rekord yoluxması qeydə alınıb

04:00 18-12-2021 367

Böyük Britaniyada son sutka ərzində 88 mindən çox koronavirusa yoluxma halı müəyyən edilib.

Bu, COVID-19 pandemiyasının başlamasından son iki il ərzində rekord göstəricidir.

Ölkədə 88 376 yoluxma aşkar edilib. Son 24 saat ərzində COVID-19-dan 146 nəfər həyatını itirib.

Rekord göstəricilər ardıcıl ikinci gün müşahidə olunur və dekabrın 16-sı ərəfəsində yoluxmaların sayı bu gün qeydə alınandan təxminən 10 min az olub.

Əslində yoluxmuş daha çox insanın ola biləcəyi istisna edilmir. Düz bir həftə əvvəl sutkalıq yoluxma sayı 51 min nəfəri keçməyib.

Eyni zamanda, səlahiyyətlilər qeyd edirlər ki, Britaniya həm də infeksiyaya qarşı peyvəndlərin sayına görə rekord göstərici qeydə alınıb.

Ümumilikdə ölkədə 11 milyondan çox yoluxma faktı və 146 mindən çox ölüm faktı qeydə alınıb.

Mənbə: Sky News