Londonda yaşayış evində yanğın: Dörd uşaq həlak oldu

05:00 18-12-2021 367

Böyük Britaniyanın London şəhərində (Satton səmtində) yaşayış binasında baş verən yanğın nəticəsində dörd uşaq ölüb.

Yanğınsöndürənlər evə daxil olub və 4 uşağı binadan çıxarıblar. Lakin  xəstəxanaya aparılsalar da, həkimlərin bütün səylərinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunur ki, hadisə yerinə 8 xüsusi texnika və 60-a yaxın yanğınsöndürən cəlb olunub.

Yanğın lokallaşdırılıb, hadisənin səbəbləri araşdırılır.

Mənbə: RİA Novosti