“Omikron” ştammından sonra yaranan postvoid sindromları açıqlandı

08:00 18-12-2021 387

“Omikron” ştammına yoluxmuş xəstələr COVID-19-dan sağaldıqdan sonra postkovid sindromun yeni variantı ilə qarşılaşa bilərlər.

Bu barədə rusiyalı kardioloq, elmlər namizədi Zaurbek Şuquşev xəbərdarlıq edib.

“Koronavirus keçirmiş insanlar hələ uzun müddətdir ki, həkimlərin “postkovid sindromu” adlandırdıqları halsızlıqdan şikayət edə bilərlər. “Omikron” ştammına yoluxma halında vəziyyət oxşar olacaq. Çox vaxt postkoviddən damarlar əziyyət çəkir. Biz COVID-19-dan sağala bilərik, lakin iltihab (damarlarda - red.) çox uzun müddət davam edə bilər. Sağlandıqdan sonra ilk üç həftə xüsusilə kritikdir, bu zaman tromboz mümkündür, müvafiq olaraq infarkt və insult riski yüksəkdir”, - Zaurbek Şuquşev izah edib.

Kardioloq bildirib ki, “Omikron” ştammında ürək-damar sistemindəki anormallıqlar daha uzun müddət davam edə bilər.

“Bundan başqa yorğunluq, oynaq ağrıları, baş ağrısı və digər simptomlar ürək-damar sistemindən yaranan fəsadlardan da uzun müddət davam edə bilər. Koronavirus sinir sisteminə çox yaxşı nüfuz edir və təəssüf ki, aylarla orada yaşaya bilir. Buna görə də infeksiyadan sonra bir çox insanlar qoxu və dad hisslərinin uzun müddət bərpa olunmamasından şikayətlənirlər, yorğunluq, halsızlıq, baş ağrılarından əziyyət çəkirlər”, - deyə Zaurbek Şuquşev bildirib.

Lakin alim onu da vurğulayıb ki, “Omikron” ştammının orqanizm tərəfindən koronavirusun digər variantlarına nisbətən daha yaxşı keçirə biləcəyinə ümid var, hansı ki, postkovid ağırlaşmalara da təsir edə bilər.

Həkim bildirib ki, koronavirus infeksiyasının hər hansı təzahürlərini minimuma endirməyin yeganə yolu peyvənddir.

Mənbə: Sputnik