Xameneinin nümayəndəsinin qərarı etiraza səbəb oldu: Şəhərə qüvvələr cəlb edildi - VİDEO

12:00 18-12-2021 360

İranın Azadşəhr sünnilərinin imam cüməsi Mouləvi Gərgic ölkənin dini lideri Xameneinin bu şəhərdəki nümayəndəsi Nurmofidinin müdaxiləsi ilə vəzifəsindən uzaqlaşdırılıb. 

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, dekabrın 17-də Mouləvi Gərgic cümə namazının başlamasına saatlar qalmış vəzifəsindən kənarlaşdırılıb. 

Nurmofidi dünən səhər Gərgicin yerinə Xamenei tərəfdarı olan ruhanini təyin edib. Azadşəhr əhalisi onun kənarlaşdırılmasına qarşı kütləvi etiraz aksiyaları başladıb. 

Hazırda İranın xüsusi təyinatlı qüvvələri Gülüstan vilayətinin müxtəlif şəhərlərinə yeridilib. Mediada yayılan videolarda Mouləvi Gərgicin evinin ətrafında böyük izdihamın olduğu görünür.