“Pfizer” peyvəndinin iki dozası iki yaşdan yuxarı uşaqlar üçün effektsiz olub

06:00 19-12-2021 364

“Pfizer” və “BioNTech” şirkətlərinin 2-5 yaşlı uşaqlar üçün iki dozalı koronavirus peyvəndinin effektivliyi gözləniləndən aşağı olub.

Bu barədə şirkətin press-relizində deyilir.

Bildirilir ki, bu yaş qrupu üçün üçüncü doza planlaşdırılır.

Açıqlamaya görə, şirkətlər müxtəlif yaş qruplarından olan xəstələrə dərmanın ikinci dozasını verdikdən sonra immunogenlik analizi aparıblar.

“Yüksək effektivlik nümayiş etdirən 16-25 yaşlı əhali ilə müqayisədə, bu təhlildə 6-24 aylıq qrupda heç də az effektivlik müşahidə olunmayıb. Lakin 2-5 yaş qrupunda belə olmayıb”, - deyə məlumatda bildirilir.

Şirkətlər 5 yaşa qədər uşaqlar üçün üç mikroqram preparat (böyüklər üçün dozanın onda biri) sınaqdan keçiriblər.

Sınaqlar uğurlu olarsa, şirkətlər 2022-ci ilin birinci yarısında preparatın təcili istifadəsi üçün müraciət etməyi planlaşdırır.

ABŞ-ın tibbi tənzimləyicisi CDC noyabr ayında 5-11 yaşlı uşaqlar üçün Pfizer koronavirus peyvəndinin istifadəsini rəsmi olaraq təsdiqləmişdi.