Koronavirusla bağlı SON STATİSTİKA

10:00 19-12-2021 362

Dünyada 274,542,269 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə HerGun.Az-ın  qeyd olunur.

Virusdan 5,366,785 xəstə ölüb, 246,344,781 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (51,696,205 nəfər), Hindistan (34,740,275 nəfər), Braziliya (22,212,343 nəfər), Böyük Britaniya (11,279,428 nəfər) və Rusiyadır (10,186,823 nəfər).

Türkiyədə 9,154,209, İranda 6,169,011, Gürcüstanda 906,965, Ermənistanda isə 343,506 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (296,180 nəfər), İran (131,033 nəfər) və Türkiyədə (80,244 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 609,397 nəfərin 8,182-i ölüb, 585,284 xəstə sağalıb.