Poroşenko dövlətə xəyanətdə ittiham olunur

19:00 20-12-2021 409

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko dövlətə xəyanətdə ittiham olunur.

Bu açıqlama ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Turçinov çıxış edib.

Məlumatı Ukrayna Dövlət İstintaq Bürosu da təsdiqləyib.

Qeyd edək ki, sabiq Prezidentin daha əvvəl də Donbasın hazırda rəsmi Kiyevin nəzarətində olmayan ərazilərindən qeyri-qanuni kömür tədarükü təşkil etməkdə şübhəli bilinməsi ilə bağlı mətbuatda məlumatlar dərc edilib.

P. Poroşenko özü ittihamları rədd edib.

Mənbə: Unian.net