ABŞ-da azərbaycanlı gəncin qətlə yetirildiyi yerdən görüntülər - YENİLƏNİB + FOTO/VİDEO

14:00 21-12-2021 423

ABŞ-da azərbaycanlı gəncin qətlə yetirildiyi yerdən görüntülər yayılıb. 

Bununla bağlı “CBS Chicago” telekanalı reportaj hazırlayıb.

Reportajda hadisənin baş vermə səbəbləri haqqında məlumat verilib, qətlin törədildiyi yer və azərbaycanlı gəncə məxsus avtomobilin görüntüləri yayımlanıb. 

Həmin görüntüləri təqdim edirik:

10:38

Azərbaycanlı gənc ABŞ-da qətlə yetirilib.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, hadisə ötən gün Çikaqoda baş verib.

İddia edilib ki, həmyerlimiz Qurban Bağırov avtomobil idarə edərkən digər sürücü ilə aralarında yaranan mübahisə zamanı güllələnib.

Hadisəni törədən şəxs ondan yol istəyən azərbaycanlı gəncə atəş açıb.