Kağızdan düzəltdiyi bayram paltarı ilə sosial şəbəkədə məşhurlaşdı - FOTO/VİDEO

03:00 22-12-2021 385

Bloqer əl altında olan əşyalardan bayram paltarı yaratdı və bununla da sosial şəbəkədə məşhurlaşdı.

Model olan Madlen Uayt başqa qızların videolarından ilhamlanaraq hədiyyə kağızından paltar tikməyə qərar verib.

Videonun sonunda o, əl işini göstərib.

Abunəçilər bloqqerin işinin nəticəsindən heyranlıqlarını bildiriblər:

“Çox istedadlısınız”, “Şokdayam, mass-marketdən daha yaxşı görünür”,  "Möhtəşəm görünürsünüz”, “Təəccüblənirəm, çünki paltar həqiqətən gözəl görünür”, “İstedad”, - deyə istifadəçilər bildiriblər.