İmişlidə 23 yaşlı piyadanı avtomobil vurub

23:00 22-12-2021 475

İmişlidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Çahar kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1998-ci il təvəllüdlü Əhmədov Polaş Qoçu oğlu yolu keçən zaman onu minik avtomobili vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra Şirvan Şəhər Məkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.