Umayra Tağıyeva: “Son beş ildə ölkədə yağıntıların miqdarı 4 faiz azalıb”

17:00 23-12-2021 675

“Son illərdə Azərbaycanda yay aylarında temperaturun 30 dərəcədən yuxarı olan günlərinin sayı iyunda 12, iyulda 2,4, avqustda isə altı dəfə artıb”.

HerGun.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. 

Onun sözlərinə görə, son beş ildə ölkədə yağıntıların miqdarı 4 faiz azalıb:

“Böyük Britaniya Meteorologiya Təşkilatının İqlim Proqnozları və Tədqiqatları üzrə Hadli Mərkəzinin hazırladığı modelinə görə 2040-cı ilədək ölkə ərazisində 1-2 dərəcə artım gözlənilir. 

Almaniyanın Maks Plank Meteorologiya İnstitutunun hazırladığı MPI modelinə əsasən əksər rayonlarda 1-1,5, Abşeron və cənubda 0,5-1,5 dərəcə artım proqnozlaşdırılır. Amerikanın Noaa-GFD laboratoriyasının hazırladığı GFDL modelinə görə əksər rayonlarda 0,5-1, şimal rayonlarında 0,5-1,5 dərəcə artım olacağı ehtimal edilir”.

İlhamə Əbülfət