Amerikalı generalın sökülən abidəsində 19-cu əsrə aid məktub tapılıb - FOTO

08:00 24-12-2021 741

Amerikalı tədqiqatçılar general Linin heykəlinin postamentində 19-cu əsrə aid zaman kapsulunu tapıblar.

Məlumata görə, Virciniya ştatının Riçmond şəhərində abidə sökülən zaman postamentdə kiçik qurğuşun qutu tapılıb. Onun içində məktub, üç kitab və 19-cu əsrə aid gümüş sikkə olan zərf olub.

130 illik kitabın məzmunu hələ məlum deyil - onlar nəmdir və onları bərpa etmək lazımdır.

Mənbə: AP