ABŞ-da köpək balığı sörfçünün həyatına son qoyub

05:00 26-12-2021 657

ABŞ-ın Kaliforniya ştatında köpək balığının hücumuna məruz qalan sörfçü həyatını itirib.

“Hadisənin baş verdiyi liman ərazisinin rəhbərliyi, polis və yanğınsöndürənlər bir nəfərin sudan çıxarıldıqdan sonra sahildə huşsuz vəziyyətdə qalması ilə bağlı xəbərlərə reaksiya veriblər. Sörfçünün köpəkbalığı hücumuna məruz qaldığı ehtimal edilir”, - liman idarəsinin yaydığı məlumatda deyilir.

Hadisə baş verən çimərlik insanlar üçün açıq qalsa da, istirahət edənlərə növbəti 24 saat ərzində suya girmək qadağan edilib.

Mənbə: CNN