Roma Papası: “Bu barədə düşünün. Bu, faciədir”

06:00 27-12-2021 399

Roma Papası Fransisk Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü müraciəti zamanı bir çox cütlüyün hazırda uşaq sahibi olmaq istəməməsindən təəssüflənərək bunu “demoqrafik qış” adlandırıb.

“Mən çox narahatam. Ən azı burada, İtaliyada “demoqrafik qış” yaşanır. Deyəsən, çoxları nəsil artırmaq istəyini itiriblər. Bir çox cütlük uşaq sahibi olmamağı və ya yalnız bir uşaq sahibi olmağı seçir. Bu barədə düşünün. Bu faciədir”, - deyə pontifik bəyan edib.

“Gəlin ailələrimizə, ölkəmizə və gələcəyimizə qarşı olan bu “demoqrafik qış”ı məğlub etmək üçün əlimizdən gələni edək”, - deyə Roma Katolik Kilsəsinin rəhbəri ictimaiyyətə çağırış edib.

Mənbə: TASS