Britaniya kral ailəsinin ən ağıllı üzvü məlum oldu

07:00 27-12-2021 449

“Oxford Royale” Britaniya kral ailəsinin akademik səviyyəsini təhlil edib.

Tədqiqat zamanı ailə üzvlərin elmi nailiyyətləri, oxuduqları universitetlərin reytinqləri nəzərə alınıb.

Araşdırmaya görə, kral ailəsinin ən ağıllı üzvü Sasseks hersoginyası Meqan Markl olub. 40 yaşlı Markl ABŞ-ın İllinoys ştatındakı Evanston şəhərinin elit Şimal-Qərb Universitetini bitirib. Sasseks hersoginyası teatr və beynəlxalq əlaqələr üzrə ikili diploma sahibdir.

Reytinqdə ikinci yerdə Kembric hersoginyası Keyt Middlton qərarlaşıb. 39 yaşlı hersoginya İngiltərənin Uiltşire şəhərindəki özəl Marlboro Kollecində təhsil alıb. Daha sonra o, dünya sıralamasında 91-ci yeri tutan Müqəddəs Endryu Universitetində oxuyub.

Üçüncü yerdə adıçəkilən universitetin daha bir məzunu olan digər bir şahzadə Uilyam qərarlaşıb. Bununla belə, o, təhsilində həyat yoldaşı qədər uğurlu olmayıb.

Şahzadə Harri isə heç ilk 10-luğa da düşə bilməyib.

Mənbə: “Haber Global”