SİZLƏR ÜÇÜN EDİLƏN DUALARI, ALQIŞLARI HEÇ NƏ ƏVƏZ ETMƏZ
Ölkəmiz COVİD-19-la mübarizə aparən dövlətlər arasında seçilir. Dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamları ilə COVİD-19-la mübarizə aparmaq üçün ölkəmizin şəhər və rayonlarında müxtəlif modul tipli xəstəxanalar fəaliyyət göstərir. Ölkə vətəndaşları pulsuz olaraq vaksinlərlə təmin olunur. Eyni zamanda bu infeksiyaya məruz qalan vətəndaşlaımız xəstəxanalarda hər cür qayğı ilə təmin olunurlar. Bunun üçün ölkə Başçımıza dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, 2020-ci ildə mənfur erməni işğalçılarına 44 gündə dəmir yumuruq kimi birləşərək qalib gəldiyimiz kimi, COVİD-19-a da tezliklə qalib gələcəyik.
COVİD-19-la mübarizə sahəsində Səhiyyə Nazirliyi də işlərini günün tələbləri səviyyəsində qurur. Nazirliyin bütün işçiləri çalışırlar ki, bu virusun kökü kəsilsin.Bunun üçün də onlar əllərindən gələni əsirgəməyirlər.
Korona virus infeksiyası COVİD-19 insanlar arasında müxtəlif yaş qrupunda təsir edir. İnsanların böyük əksəriyyətində bu yoluxucu xəstəlik yüngül və orta formada keçir. Belə xəstələr həkimə vaxtında müraciət edərsə tez bir zamanda sağalırlar.Bu yoluxucu infeksiyaya məruz qalan və ağır formada olan insanları təcili olaraq COVİD-19–la mübarizə aparan xəstəxanalara çatdırmaq lazımdır. Bu gün ölkəmizin müxtəlif şəhər və rayonlarıda bu virusla mübarizə aparmaq üçün hər cür şəraiti olan xəstəxanalar mövcuddur. Belə xəstəxanalardan biri də Sabirabar şəhərində fəaliyyət göstərən Sabirabad Mərkəzi Rayon Xəstəxanasıdır. Təmizliyi,səliqəliyi, savadlı həkimləri ilə seçilən bu xəstəxanaya gətirilən xəstələrin böyük əksəriyyəti burada onlara göstərilən qayğıdan, həkimlərin, tibb bacılarını onlara göstərdikləri xidmətdən razılıq edirlər.
Mən və həyat yoldaşım da bu infeksiya ilə yoluxduq. Beyləqan rayonunda analiz verdikdən sonra bizi təcili olaraq Sabirabad MRX-na gətirdilər. Hər ikimizi təcili müayinə edib palatalara yerləşdirdilər. Mənim vəziyyətim çox ağır olduğu üçün həkimlər bütün qüvvələri ilə çalışdılar ki, tezliklə sağalım. Bunun üçün onlar əllərindən gələni edirdilər. Bu diqqətin bütün xəstələrə də eyni olduğunu gördüm. Yəni, buraya gətirilən xəstələrin hamısına yüksək səviyyədə xidmət göstərilir. Ətraf şəhər və rayonlardan-Şirvandan, Füzulidən, Sabirabaddan, Beyləqandan, Ağcabədidən, İmişlidən burada infeksiyaya yoluxan insanların sağalaraq öz doğmalarının yanına qayıdanların həkimlərə etdikləri duaları gördüm. Və düşündüm ki, Azərbaycanda da yüksək səviyyəli, savadlı həkimlərimiz var. Onlarla qürur duydum. Bu həkimlərin sayəsində tezliklə sağalacağıma ümidim artdı.
Şəfalı əlləri olan həkimlər, Allah sizlərdən razı olsun. Hər gün öz həyatınızı riskə ataraq yüzlərlə insanın həyata qayıtmasına yardımçı, köməkçi olursunuz.Sizlər üçün edilən duaları, alqışları heç nə əvəz etməz. Siz bu alqışlara layiqsiniz.
Həyat yoldaşım Xalisə Babayeva və öz adımdan Sabirabad rayonu Mərkəzi Rayon Xəstəxanasının direktoru Ənvər Lumanova, xəstəxananın direktor müavini Qalib Mirzəyevə,
baş həkim İkram Allahverdiyevə,infeksolist kordinator Zibeydə Qədimovaya,həmin xəstəxananın cərrahiyyə şöbəsinin bütün işçilərinə, o cümlədən baş tibb bacısı Sona Tağıyevaya, tibb bacıları Arzu Qəribovaya, Təbiət Musayevaya, Sevil Mirişovaya
təşəkkürümüzü bildiririk. Eyni zamanda xəstələrə vicdanla yanaşan Əfşan həkimə,Vəsilə həkimə, Sevinc həkimə, tibb işçisi Aslana, tibb bacısı Bəsti Əmirovaya, Minayəyə, Sahibəyə xəstəxanada çalışan Almaz Abuşovaya,Samirə Fətiyevaya,İlhaməyə və digər adlarını unutduğum xəstəxananın işçilərinə öz minnətdarlığımızı bildirirk. Nə yaxşı ki, ölkəmizdə işinə vicdanla, məsuliyyətlə yanaşan belə həkim kollektivi var.
Sabirabad MRX-nın cərrahiyyə şöbəsində müalicə olduğum müddətdə həkimlərin, tibb bacılarının hər gün öz həyatlarını təhlükəyə ataraq xəstələrin sağalaraq ayağa qalxmaları üçün ürəkdən, məsuliyyətlə, vicdanla çalşdıqlarını alqışladım.
Həkimlik sənətini sevən, var qüvvəsi ilə xəstələrin sağlamlığı uğurunda mübarizə aparan Zibeydə Qədimovaya xüsusi ilə minnətdarlığımı bildirmək istəyirəm.Zibeydə həkim hər gün xəstələrlə görüşür, onların müalicə olunaraq sağalmasına daha çox diqqət göstərən həkimlərdəndir.
Onu da qeyd etmək istəyirəm ki, xəstəxanada xəstələr vaxtlı- vaxtında yeməklərlə təmin olunur. Xüsusi qablarda verilən isti yeməklərin də xəstələrin sağalmasına təsiri böyükdür.Ona görə də bu yeməkləri hazırlayan adlarını bilmədiyim aşbazlara da öz təşəkkürümü bildirirəm.
Bir daha öz həyatlarını təhlükəyə ataraq COVİD-19-la mübarizə aparan Sabirabad MRX-nın bütün həkimlərinə dərin minnətdarlığımı bildirirəm.Var olun!
Elman İsrafiloğlu,
AYB,AJB-nin üzvü.