20 Yanvar faciəsinin  32-ci ildönümünə

həsr olunmuş sərbəst güləş üzrə  yarışı keçirilmişdir

15:07 23-01-2022 861

19 yanvar 2022-ci il tarixdə Xocavənd rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə Xocavənd rayon açıq birinciliyi  keçirilmişdir.Yarışda Xocavənd, Beyləqan, Füzuli rayonlarının  komandaları  iştirak etmişlər.

Əvvəlcə  20 Yanvar və  Qarabağ müharibəsində şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Yarışda çıxış edən Xocavənd rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru  Qoşqar Əliyev çıxış edərək 1990-cı il 20 Yanvar faciəsindən danışdı. 20 yanvar faciəsinə ilk dəfə olaraq  xalqımızın ümummilli lideri Heydər Əliyevin  hüquqi-siyasi  qiymət verməsindən söz açdı.Müstəqilliyimizin başlanğcına gedən yolda   şəhid olan soydaşlarımızın xatirəsinə keçirilən yarışda hər bir komandaya  uğurlar arzuladı. Azərbaycanın müstəqilliyinə gedən yolda  canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət  dilədi.

Qoşqar Əliyev Xocavənd idmanına göstərdiyi diqqət və qayğıya görə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynova idmançılar və öz adından minnətdarlığını bildirdi.

Açılış mərasimindən sonra yarışa start verildi. Beyləqan, Füzuli və Xocavənd rayon idman məktəblərinin pəhəlvanları yarışlara qatıldılar. Xocavənd komandası I yer, Beyləqan güləşçiləri II yer, Füzuli  pəhləvanları isə III yerə layiq görülmüşlər.Bu qələbənin qazanılmasında məşqçi müəllimlərdən Əliyev Elgiz, Nəsirov Hikmət, Hüseynov Nofəl və Əzizov Rafiq müəllimlərin  böyük zəhməti olmuşdur.

 Gərgin mübarizə şəraitində keçən yarışın qalibləri  Xocavənd rayon Uşaq Gənclər İdman Mıktəbinin diplomları ilə mükafatlandırıldı.