20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat yarışı keçirilib

19 yanvar 2022-ci il tarixdə Xocavənd rayon Uşaq Gənclər İdman Şahmat Məktəbiinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat yarışı keçirilib.
Əvvəlcə 1990-cı il 20 Yanvar faciəsi zamanı vətənimizin suverenliyi uğurunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Xocavənd rayon Uşaq Gənclər İdman Şahmat Məktəbiinin direktoru Qoşqar Əliyev çıxış edərək 32 il əvvəl sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciədən bəhs etdi. Ümummilli lider Heydər Əliyevin bu qanlı faciəyə verdiyi siyasi-hüquqi qiymətdən danışdı.
Qoşqar Əliyev bildirdi ki,yarışların keçirilməsində əsas məqsəd 20 Yanvar şəhidlərinin xatirəsinin ehtiramla anılması, şagirdləri idmana cəlb etməklə onlar arasında dostluq əlaqələrini möhkəmləndirmək, rayonumuzda şahmatın kütləviliyini təmin etməkdən ibarətdir.Şagirdlərin şahmat sahəsində biliklərinin artırılmasında əməyi olan müəllimlərdən metodist Rafiq Əzizov, məşqçi müəllimlərdən Təhməzova Röyalə və Məmmədov Sədi müəllimin zəhməti daha böyükdür. Bu müəllimlərin şagirfdləri yarışlarda yaxşı nəticələr vermişlər.Daha sonra şahmatçılara uğurlar arzuladı. Yarışlara start verildi.