Tahir Hüseyn
Hikmət dünyası

Bağışlayan və rəhm edən Allahın adı ilə
Ön söz
Rəhmli və ədalətli Allahın adı ilə bir dostumun kitabına ön söz yazmaq üçün şair qardaşımım əlyazmalarını oxuyram.
Onunla hər g ün olmasa da, gün aşırı görüşürük. Səhhətimizdəki narahatçılıq imkan verərsə, görüşər, söhbət edərik.. Beyləqanda vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə ucalıb. Ora gələr, şəhidlərimizin xatirəsini yad edərik. Elə olur ki, şəhidlər abidə kompleksinin yanına gələnə qədər bir neçə rayon sakinləri, qonşularımla görüşürəm. Salamdan sonra məndən ilk olaraq soruşurlar: -” Allah adamı ilə görüşə gedirsən?” Bu sözlərə artıq öyrəşmişəm...
“Qəlbin açarı Salamdır,
Salam Allahdan kəlamdır.”
Bir şair tanıyıram, hələ dünyaya gəlməmişdik. Hələ bu dünyanın sakinləri deyildik. Amma, ruhlarımız qardaş idi.
Bir şair tanıyıram, söz ilə ürəklərdə olannları tərcümə edər insanlara çatdırır. Pis söz dilinə gətirməz,pis söz danışanlardan kənar dayanmağa çalışar. Sözə qiymət verər, yaxşı söz deyənlə oturub durar.Sözdən istifadə etməyi zərgər dəqiqliyi ilə bacarır.
Bir şair tanıyıram, insanları şər işlərdən uzaq olmağa, düzlüyə, paklığa, yaxşılıqlar etməyə çağırar. Hidayət yoluna səsləyir.
Bir şair tanıyıram, Tanrının nurunu qəlbinə yığıb insanların yoluna işıq saçır. Bu nur hikmət nurudur. Bu nur şair Tahir Hüseynin söz dünyasından dünyamızı işıqlandıran nurdur. Bu nur dan ulduzu kimi parıldayır. Bu nur qara buludları parçalayır, ətrafı işığa qərq edir və zülmətləri əridir.
Tahir Hüseyn sözün qüdrətindən danışanda gobud sölər işlətmir, əksinə insanların xoşuna gələn, qəlbi oxşayan sözlərdən istifadə edir. Sözü deməmişdən əvvəl sözü bişirib deyir:
Şöz şair dilində bişər,
Söz şairlə şeirləşər.
Tahir Hüseyn Haqq yolunda ona doğru uzanan əlləri ürəkdən sıxır . Bu yola qədəm qoyan hər bir kəsə yardımçı olur və bundan qürur hissi keçirir.
Hikmətli sözlər müəllifi Tahir Hüseyni xoşbəxt yazar adlandıranlar yəqin ki, az deyil. Bu sakit və mülayim insanın nə qədər böyük ürəyə malik olduğu, ərsəyə gətirdiyi sözlərdən də məlumdur. Bildiyimiz kimi insan böyüdükcə onda dünya malına, var-dövlət yığmağa hərisliyi artır, gördüyü hər bir nemətə nəfs, tamah salır. Və sonda dünya malına hərislik yaranır. İstəyir ki, həddən çox varlı olsun, insanlardan üstün olsun. Bu hisslər onu insanlıqdan uzaqlaşdırır. Bütün bunları qəlbdən təmizləmək üçün insan Hidayət yoluna üz tutmalı nəfsinə qalib gələrək doğru yolla getməlidir. Tahir Hüseyndə isə dünya malına meyilik yox dur. Ona görə də insanlara doğru yolla getməyi tövsiyə edir:
Nəfsimizi özümüzə qul eliyək,
Doğru yolu özümüzə yol eliyək.
Kitabda hikmətli sğzlərə geniş yer ayrılıb. Hikmətli söz yazmaq -az sözlə böyük məna ifadə etməyi tələb edir. Tahir Hüseyn məna daşımayan sözlərdən kənardır və belə sözləri xeyirsiz hesab edir.
Tahir Hüseyn ərsəyə gətirdiyi əsərlərində ən ülvi əxlaqi keyfiyyətləri qabarda bilir və bunu bacarır.
*Əməllərimiz özümüzə qayıdacaq,
Əməllərimiz üzümüzə duracaq.
*Hər işdə bir xeyir var,
Arif olanlar duyar.
*Pul olarsa dəyər, meyar,
İnsan pula qul olar.
*Yaxşı sözlər zəmi kimi biçiləcəkdir,
Pis sözlər zəhər kimi içiləcəkdir.
*Yaradılana baxıb fikirləşməliyik:
Yaradılana baxıb Yaradana şükr etməliyik.
Tahir Hüseynin hikmətli sözlərinin ölçüsü yoxdur. Onu yalnız həmin sözlərin ölçüsü ilə ölçmək olar. Çünki bu hikmətli sözlər dərin mənalıdır, ona görə də bu sözlərə göründüyündən çox əhəmiyyətli mənaya malik fikirlər kimi baxmaq lazımdır:
Hikmət sahibinindir hikmətli sözlər,
Hikmətli sözlər mərifət sahibini gözlər.
Kitabda şaiirin hikmətli sözləri ilə yanaşı qoşmalarına, qəzəl və bayatılarına, sərbəst şeirlərinə , həmçinin şairə həsr olunan şeirlərə və ünvanlı şeirlərə də geniş yer ayrılıb.
Vətənpərvərlik şeirlərindən :-“Bir kəndim var-1”,”Bir kəndim var-2”,”Unutma ötən günləri -1”, “Unutma ötən günləri -2”, “Demə”,”Təklənmişik”,”Deyilmi”, “Öz yurduna dönmək üçün “, “Xatirlatma” və sair şeirləri bu qəbildəndir.
2020-ci il sentyabr ayının 27-də başlanan vətən müharibəsi haqqında da Tahir Hüseyn sanballı əsərlər ərsəyə gətirmişdir.Torpaqlarımızı azad edən qəhrəman şəhidlrimiz haqqında ,onların rəşadəti, keçdiyi döyüş yollarına aid əsərlər yarada bilmişdir.
44 gün davam edən vətən müharibəsində xalqımızın dəmir ymuruq kimi birləşərək Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz mənfur düşmənə sarsıdıxcı zərbələr endirdi. İgidlərimiz torpaqlarımızı qarış-qarış, addım-addım azad edərək Azərbaycnın ay ulduzlu üçrəngli bayrağını zirvələrdə dalğalandırdı. Bu tarixi hadisə hər birimizin sevincinə səbəb oldu.
Qarış-qarış, kənd-kənd
Torpağımızı
Düşməndən aldı ordumuz.
Azad olan kəndlərdə, şəhərlərdə
Ucaltdılar bayrağımızı.
Şəhidlərin, igidlərin syəsində
Azad oldu yurdumuz.
İlk azad olan kənd Qərvənd,
İlk azad olan şəhər Cəbrayıl.
Qələbə bundan başladı,
Zəfər xəbəri burdan yayıldı.
Digər həmvətənlərimiz kimi Tahir Hüseyn də səbrsizliklə ata-baba yurdlarımıza qayıdışı gözləyirdi. Otuz ilə yaxın idi ki, mənfur düşmənlər kəndlərimizi, rayonlarımızı talayır, məscidləri sökür, qəbrlərimizi darmadağın etmişdi. Bütün bunlara son qoyulmalı idi və elə son da qoyuldu. 44 gün davam edən müharibə zamanı Azərbaycanın rəşadətli əsgər və zabitlərinin qəhrəmanlıq səlnamələrini gördük. Şəhidlərimiz,qazilərimiz oldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Tahir Hüseyn vətənpərvər şairdir. Vətənimizi, onun dağlarını, çaylarını, düzlərini, insanlarını sevir.
Beyləqan rayonunundan vətən müharibsində 139 igidimiz şəhidlik zirvəsinə ucalıb. Bu şəhidlər haqqında kitab yazmağa Hahir Hüseyn, Vidadi Hidayətlə (Allah rəhmət eləsin) birgə gedərdik. Hər dəfə də Tahir Hüseyn şəhid ailələrinin üzvləri ilə görüşəndə onların dərdlərinə şərik çıxar,onları narahat edən məsəllərin aradan qldırılmasına çalışır. Şəhid ailələrini ziyarət edərkən hər dəfə ondan bu sözləri eşidərdik:
-Müharibəni qələbə ilə başa vurmaq üçün beş şərt vacibdir. Allahın istəyi, ağsaqqalların diləyi, rəhbərin ürəyi, cavanların biləyi, xalqın birliyi-köməyi lazımdır. Bütün bunlar dəmir yumuruq kimi birləşərək mənfur erməni işğalçılarının başını əzdi. Bayrağımız azad olunan torpaqlarımızda dalğalanır.10 dekabr 2020-ci il tarixdə zəfər bayramını qeyd etdik, AZƏRBAYCAN.
Düşmən qurudub bulağımızı
Kəhrizimizi
Düşmən dağıdıb məscidimizi,
Məktəbimizi, qəbrimizi.
Düşmən uçurdub abidəmizi,
Düşmən bilməyirdi qəzəbimizi
Qüvvəmizi.
Allahın istəyi
Ağsaqqalların diləyi
Rəhbərin ürəyi,
Cavanların biləyi
Xalqın birliyi, köməyi
Bir yumuruq oldu düşmənin
Başına vurdu.
Azad oldu
Qarabağımız,
Vətənimiz bütövləşdi,
Dalğalandı bayrağımız.
Xalqımız kamilləşdi.
Şeiri izah etməyə adamın dili gəlmir. Səlis, aydın, sadə insandan tutmuş ailmə qədər bir dəfə oxumaqla şeiri qavrayır və yaddaşına yığır. Bax budur Tahir Hüseyn sözünün sirri.
Vətənpərvər şair qardaşım türkçülüyü ilə də fəxr edir. XXI əsri Tür əsri olduğunu fəxarətlə söyləyir. Türk oğlu olmağı ilə qürur duyr.“Türkün ucalan vaxtıdır “ şeirində deyir:
Türkün oyanışı, dirçəlişidir.
Türkün dünyada yüksəlişidir.
Və ya ,
Türk heç vaxt Tanrısız olmayıb,
Türk heç zaman zəfərsiz qalmayıb.
Gözəl söz, gözəl əsər deməkdir.Yeni söz fikir deməkdir.Ədəbiyyatımıza yeni söz, yeni fikir gətirmək isə şairdən böyük məsuliyyət tələb edir. Bunun üçünsə çox çalışmaq, uzun müddət axtarışda olmaq lazımdır. Tahir Hüseyn də daima öz üzərində işləyir, daima axtarışda olan şairlərimizdəndir. Elə bunun üçün də oxucular tərəfindən sevilir və əsərləri rəğbətlə qarşılanır. Bu isə hər şairə nəsib olmayır. Oxucu sevgisi qazanmaq şairin ən böyük uğurudur.
“Hikmət dünyası” kitabı ilə növbəti dəfə oxucuların görüşünə gələn şair qardaşıma uğurlar arzulayıram. Yolun açıq olsun qardaş. İnanıram ki, bu kitabın da əvvəlki kitabların kimi oxucular tərəfindən sevilə-sevilə oxunulacaq və sənə uğur gətirəcək, inşəallah.
Elman İsrafiloğlu,
AYB,AJB-nin üzvü, “Sözlü sehrli dünya” ədəbi məclisinin sədri.
***
Bağışlayan və rəhm edən Allahın adı ilə
H İ K M Ə T L İ S Ö Z L Ə R
*Bağışlamaq Allahdandır,
Bəndənin bağışlaması Allaha görə olmalıdır.
*Yığdıqlarımız mal, paralar ya övlada, ya arvada qalar, ya da yada.
*Zahirə uyanlar batindən xəbərsiz qalar.
*Dərdi sevməyən, dərdi çəkə bilməz.
Tərəzidə dərd səbrdən artıq gəlməz.
*Hər kəs özünü haqlı bilər,
Haqlını haqq özü bilər.
*Kafir dünyada firəvandır,
Möminə cənnət ənamdır.
*Sadə libas geyən var, içindəki insandır,
Bahalı libas geyən var, içindəki şeytandır.
*Kimi dərd içində yaşayar,
Kimi dərdi içində yaşayır.
*Daddı dünya tamından, dünyanı tanımadı,
Yüz il yaşadı Yaradanı tanımadı.
*Nəfsimizi özümüzə qul eliyək,
Doğru yolu özümüzə yol eliyək.
*Torpaq üstündə gəzənlərin deyil,
Torpağın üstündə gəzənlər torpağındır.
*”Quran” anlayanlar üçündür,
Nəfsini danlayanlar üçündür.
*Mal-dövlət lovğalanmaq üçün verilmir,
Mal dövlət sahibin tanımaq üçün verilir.
*İnsan özünü tam tanımır,
Ulduzlarda təcrübə aparır.
*Elmlə qurtarmaq olar cəhalətdən,
Fəzilətlə qurtarmaq olar rəzalətdən.
*Qalmışam yerlə-göy arasında,
Nə yerə əlim çatır, nə göyə əlim çatır.
*Hər işin təfriti də, ifratı da bəladır,
Kim orta yolu tutsa əladır.
*Qəlb Allahı düşünən, şükr edilən yerdir,
Qəlb Allah daim zikr edilən yerdir.
*Oruc tutan axşamlar yemək yeyir,
Oruc tutmaq, çox zaman ac yatanları düşünməkdir.
*Hər bir insan düşüncələrinin mövcud olan formasıdır.
*Nəfsin əmrində olan,
Nəfsinə əmr edənlə eyni ola bilməz.
*Ayaq üstə gəzən ölülər,
Torpaq altda yatan ölülərdən çoxdur.
*Ədalətli qanunlar işləməyəndə,
İnsan və insan cəmiyyəti , insanlıq dəyərsizləşir.
*“Quran” gəlməmişdən əvvəl də cahillik?
“Quran”əllərdə, evlərdə yenə də cahillik?
Çünki, “Quran”ı dildən qəlblərə endirmirik.
*Fiziki bədənlərinin xəstəliklərini müalicə edənlər,
Nəfsi bədənindən də xəstəliklərini müalicə etməlidirlər.
Birinci sağalmasa maddi aləm bərbad olar.
İkinci sadalamasa mənəvi, ruhani aləm bərbad olar.
*Nəfsin paklaşdırmayan insanın insanlıqdan nəsibi olmaz.
*Dinin var olması nəfsi paklaşdırmaq üçündür.
*Əxlaq həm kişini, həm də qadını ucaldar.
*Dünyanı zəbt edənlər özləri il bir ovuc torpaq aparmadılar,
Dünyanı zəbt edənləri torpaq apardı.
*İnsanın ən böyük düşməni nəfsidir.
*Səmimi olmayan əməllər müəmmalıdır.
*Oğul var ev üçündür,
Oğul var el üçündür.
*Elin sevəni el də sevər,
Eli sevən, eli üçün canında verər.
*Pisliklər çox tez yayılar,
Yaxşı əməlləri də yaymaq lazımdır.
*Övlad var ata yurdun abad edər,
Övlad var ata yurdun bərbad edər.
*Bu dünya gözəllikləri kimi məqsədə çatdırar, kimi məşəqqətə aparar.
*Nəfsində həsəd silinməyincə,
Didəcək səni gizlincə.
*Nəfsindən silməsən kini,
Heç zaman qazanmayacaqsan sevgini.
*Səfərə çıxarkən özünlə yol daşı yox, yoldaşı seçmək lazımdır.
*Oğul var ata yurduna yurd kimi baxar,
Oğul da var ata yurduna qurd kimi baxar.
*Bizə verilib, alınanları sevirik,
Bizimlə dost olanı sevmirik.
*Saleh insanlar ilahi nemətdir,
Onların dedikləri ilahi hikmətdir.
*Zikir qəlbə enməsə, təsbihə çevrilməz,
Təsbihə çevrilməsə, haqqa yüksəlməz.
*Simicin əli açılmaz,
Paxılın qəlbi açılmaz.
*İstər peyğəmbər oğlu olsun, istər peyğəmbər nəvəsi,
Nəfsi paklaşmayıbsa pisliyə var həvəsi.
(Davamı var.)