Yolu azaraq düşmən tərəfinə keçən Azərbaycan əsgəri öldürüldü
11:27 23-09-2019 1056
Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.
Bu barədə HerGun.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.
Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.
İlhamə Əbülfət