Azərbaycanın ən ağırçəkili cüdoçusu Lüksemburqda qızıl medal qazanıb - FOTO

11:09 30-09-2019 481

Lüksemburqda keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışı başa çatıb. 

HerGun.Az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha iki medal qazanıb. 

Kişilər arasında +100 kq çəki dərəcəsində mübarizə aparan İmran Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Daha bir təmsilçimiz Aslan Mirzəyev (-100 kq) Avropa kubokunun bürünc medalına sahib olub.

Beləliklə milli komandamızın üzvləri Lüksemburq yarışında dörd medal (bir qızıl, üç bürünc) qazanıb. Turnurin ilk günü Aleksandra-Larisa Florian (-57 kq) və Rəşad Yelkiyev (-60 kq) III yeri tutmuşdu. 

Qeyd edək ki, Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışıb.