Tramp prezidentlikdən sonra televiziyaya qayıtmaq istəmədi

02:40 10-11-2019 472

ABŞ lideri Donald Tramp prezidentlik müddəti bitdikdən sonra teleaparıcılığa qayıtmaq imkanını nəzərdən keçirmədiyini bildirib. 

O, bu barədə şənbə günü özünün “Twitter” səhifəsində yazıb.

Bir müddət əvvəl “Daily Beast” xəbər portalı Amerika liderinin ABŞ-da populyar olan “The Apprentice” (“Şagird”) televiziya şousunun yaradıcısı Mark Bernettlə yenidən telelayihədə iştirak etmək imkanını müzakirə etdiyini bildirmişdi.

“Saxta media Mark Bernett ilə böyük şouda (ehtimal ki, “Şagird”də) iştirak etmək barədə danışdığımı bildirir. Bu, doğru deyil, heç vaxt belə söhbət olmayıb, hətta bu barədə düşünməyə vaxtım yoxdur. Saxta xəbər”, - deyə Amerika lideri bildirib.

Tramp 2004-cü ildən 2014-cü ilə qədər 14 mövsüm ərzində “Şagird” televiziya şousunun aparıcısı olub.