Azərbaycanda zəlzələ olub
15:40 01-12-2019 369
Azərbaycanda zəlzələ olub.
HerGun.Az-ın bölgə muxbiri xəbər verir ki, zəlzələ bu gün günorta saatlarında Qax rayonun Güllük və Zərnə kəndlərində, o cümlədən Qax rayonu ilə sərhəddə yerləşən Zaqatala rayonunda da hiss olunub.
Təbii fəlakət nəticəsində dağıntı qeydə alınmayıb.
Respublika Seysmoloji Mərkəzindən HerGun.Az-a verilən xəbərə görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 14:06-da Zaqatala stansiyasından 8 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.