Flora Kərimova: İlhamə Quliyeva o xasiyyətlə haqq dünyasında ola bilməz - VİDEO

23:20 01-12-2019 16

İlhamə Quliyeva haqq dünyasında ola bilməz. Çünki bu cür xasiyyətlə haqq dünyasına düşmək olmaz.

HerGun.Az xəbər verir ki, bu sözləri ARB TV-də yayımlanan “Səhər-səhər” verlişində Xalq artisti Flora Kərimova bildirib. O, həmkarı mərhum Xalq artisti İlhamə Quliyeva ilə illərdir həm müharibə, həm də mübarizə aparsa da, onun avazını çox sevdiyini dilə gətirib:

“Doğrudan da mahnılarına möhür qoyan idi. “Yandım elə yandım”, “Unut məni” və onun repertuarında yer alan bir çox mahnılar gözəldir. Ancaq sənətkar mənim üçün ayrı şeydir. Sənətkar bütöv bir varlıqdır. Son vaxtlar səsini titrədirdi. Amma onun yerini heç kim verə bilməz. Onun populyar mahnısını bir müğənninin ifasında eşitdim. Lakin bu cür mahnılar onun özünə daha çox yaraşırdı”.

Rəşad Əliyev