Ueyn Runi oynayan məşqçi kimi debütünü etdi

01:40 02-12-2019 436

Əfsanəvi futbolçu Ueyn Runi öz ölkəsinə qayıdıb. 34 yaşlı hücumçu “Çempionşip”də çıxış edən “Derbi” komandasında oynayan məşqçi kimi debütünü edib.

Son iki mövsümü Runi ABŞ-da “Di Si Yunayted” klubunda çıxış edib. Vaşinqton komandası üçün mövsüm bitmiş sayıldığı üçün Runi özünün yeni iş yerinə gəlib.

Hələlik Runinin rəsmi olaraq komandada çıxış etmək icazəsi olmadığı üçün o, çıxışları kənardan izləyir. Lakin 2020-ci ilin yanvarından “Mançester Yunayted”in eks-ulduzu həm də oyunçu kimi meydana çıxacaq.