Doqquz yaşlı azərbaycanlı vunderkind Rusiyada medal qoymadı - FOTO/VİDEO

16:40 02-12-2019 15

Tatarıstanın paytaxtı Kazanda keçirilən “Olympico Cup” açıq beynəlxalq turnirə yekun vurulub. 

HerGun.Az xəbər verir ki, idman gimnastikası üzrə yarışda ölkəmizi Azərbaycan çempionu Hüseyn Xəlilov təmsil edib. 

Bir çox beynəlxalq turnirlərin qalibi olan vunderkind 2010-cu il təvəllüdlü idmançımız bu dəfə də yenə bütün rəqiblərini arxada qoymağı bacarıb. Əvvəlcə o, mütləq çempion olub. Daha sonra o, 2009-cu il təvəllüdlü idmançılar arasında çempionluğu qazanıb.

Beləliklə, doqquz yaşlı idmançımız altı qızıl və bir gümüş medal qazanaraq, Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Onun məşqçisi Zakir Mehdiyev də bu nəticəyə görə təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Səbuhi Musayev