Sərhəddən keçə bilməyən azərbaycanlı gömrük işçilərinə rüşvət təklif edib
22:40 04-12-2019 536
Ukraynanın Xarkov vilayətində gömrük işçiləri azərbaycanlını sərhəddən buraxmayıblar.
HerGun.Az-ın xəbərinə görə, o, Rusiyadan Ukrayna ərazisinə keçmək istəyib.
Lakin onun Ukraynada qalma müddəti bitdiyi üçün ölkə ərazisinə buraxılmayıb.
O, günahını ört-basdır etmək üçün gömrük işçilərinə 100 dollar (170 azn) rüşvət təklif edib.
Hərbçilər puldan imtina edərək, hüquq-mühafizə orqanlarına xəbər veriblər.
Günel Murad