Göbələk yığmağa getdilər, meyit tapdılar - FOTO

16:00 13-01-2020 377

Türkiyənin İstanbul şəhərinin Arnavutköy ərazisində meşəyə göbələk yığmağa gedənlər meyit tapıblar.

DHA-nın xəbərinə görə, meşəyə göbələk yığmağa gedən iki dost yorğana bürünmüş meyitlə rastlaşıblar.

Əraziyə gələn polislər meyitin 35-40 yaşlarında bir qadına aid olduğunu müəyyən ediblər.

Məlum olub ki, qadın bir neçə gün əvvəl başına küt alət vurularaq qətlə yetirilib.

Üzərində vəsiqəsi olmayan qadının kimliyi müəyyən edilməyib.

Onun cəsədi ekspertiza üçün morqa aparılıb.