Kiyevin mərkəzində texniki qəza baş verdi: 9 nəfər yanıq xəsarəti aldı – VİDEO

05:20 14-01-2020 94

Yanvarın 13-də Ukraynanın paytaxtı Kiyevin mərkəzində isti su borusu partlayıb.

“Kiyev Operativnı” xəbər verir ki, hadisə şəhərin Qoloseyev rayonunda “Ocean Plaza” ticarət mərkəzinin qabağında baş verib.

Partlamış boru yolun asfalt qatını dağıdaraq avtobusun yaranmış dərəyə düşməsinə səbəb olub. Nəticədə 9 sərnişin yanıq xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Ticarət mərkəzinin ətrafı, eləcə də binanın birinci mərtəbəsi qaynar su ilə dolub. Xilasetmə xidmətləri insanların təxliyəsi ilə məşğuldur.