Şotlandiyada dağ inəyi qatarların hərəkətini dayandırdı – VİDEO

04:20 15-01-2020 21

Şotlandiyada “Haylend” cinsli dağ inəyi dəmir yolu xəttlərinə çıxaraq qatarların hərəkətini dayandırıb.

“Sky News” xəbər verir ki, hadisə Qlazqo şəhəri yaxınlığında baş verib.

Nəticədə qatarların hər iki istiqamətdə hərəkətində fasilə yaranıb.

Dəmir yolu işçiləri heyvanı bir vedrə yemək ilə xəttlərdən kənarlaşdıra bilib.

İnəyin yaxınlıqdakı qoruqdan qaçdığı bildirilir.

“Haylend” cinsli inəklər 19-cu əsrdə Şotlandiyada yetişdirilib. Onun qalın yunu heyvanı bərk şaxtalarda dözümlü edir.